“Onlar istəklərinə nail ola bilməzlər”-Rizvan Nəbiyev Siyasət

“Onlar istəklərinə nail ola bilməzlər”-Rizvan Nəbiyev

“Ötən ilin dekabrnda 200 dövlət COP29-un Azərbaycanda keçirilməsinə qərar verəndə ölkəmizə qarşı qaryaxma kampaniyası başladı”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında deputat Rizvan Nəbiyev deyib.
R.Nəbiyev əlavə edib ki, bu kampaniya müəyyən dövlətlərin parlamentlərində, mətbuatda, bəzi beyin mərkəzlərində və bəzi siyasətçilər arasında aparılırdı: “Göründüyü kimi aktorlar çox fərqlidir və bunların hamısı öz suverinliyini öz gücü hesabına təmin eləmiş dövlətə qarşı yönəlib. Cənab Prezident öz çıxışında bizə qarşı qarayaxma kampaniyası aparan şəxslərə planlarının baş tutmadığını açıq şəkildə dedi. Əlbəttə onlar istəklərinə nail ola bilməzlər. Çünki, 196 dövlətin numayəndəsi və 72 min iştirakçı qeydiyyatdan keçib. Bu birmənalı olaraq Bakıda təşkil olunan tədbirin uğurla davam etdiyini göstərir”.

Günel Elxan