“Təxribatlara əl atmaqla heç nəyə nail ola bilmədilər”-Günay Ağamalı Siyasət

“Təxribatlara əl atmaqla heç nəyə nail ola bilmədilər”-Günay Ağamalı

“Bu gün Azərbaycanda COP29 kimi dünya səviyyəli tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında deputat Günay Ağamalı deyib.
G.Ağamalı bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizəyə qoşulan 196 ölkədən, 72 min iştirakçı tədbirə qatılıb ki, onlar arasında 80 prezident, vitse prezident və baş nazirlər var: “Biz, bunu Azərbaycana olan inamın göstəricisi kimi dəyərləndirməliyik. Təbii ki, COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi gözlənilən idi. Çünki Azərbaycan ilk dəfə deyil ki, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Hər bir Azərbaycan vətandaşı bu anları böyük fəxr və qürur hissilə yaşayır və izləyir. Onu da qeyd edim ki, bu tədbirin yüksək səviyyədə keçməsini qəbul etməyən bəzi qərb dairələri qarayaxma kampaniyaları və təxribatlara əl atmaqla heç nəyə nail ola bilmədilər”.
Günel Elxan