“Ermənistanın COP29-a gəlib-gəlməməyi önəmli deyil” Siyasət

“Ermənistanın COP29-a gəlib-gəlməməyi önəmli deyil”

“Ermənistanın COP29-a gəlib-gəlməməyi önəmli deyil. O mənada önəmli deyil ki, COP29 yüksək tərzdə keçirilir və tədbirə həm beynəlxalq jurnalistlər, həm müxtəlif ölkələrin dövlət başçıları, həm də mötəbər iştirakçılar çox böyük qiymət verdi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

Deputat əlavə edib ki, Ermənistanın özünü bir daha regional layihələrdən, tədbirlərdən təcrid etməsi, onun sülh prosesinə addım atmaması, Azərbaycanın atdığı humanist və sülhsevər addımlara qarşı digər kənar mərkəzlərdən idarə olunaraq reaksiya verməməsi, bütün bunlar Ermənistanın birbaşa əleyhinə işləyir: “Necə ki, Ermənistan işğalçılıq siyasəti həyata keçirərək özünü dünyadan, regiondakı layihələrdən təcrid etmişdi, indi də özünü təcrid edərək öz gələcək inkişafının qarşısını birbaşa əngəlləyir. Bir daha qeyd edirəm ki, Ermənistan özü konkret bir qərara gələ bilmir. Çünki Ermənistan daim kənardan idarə olunan, kənar qüvvələrin tapşırıqlarını yerinə yetirən bir dövlətdir. Hesab edirəm ki, buna görə bu dəfə də konkret qərara gələ bilməyəcək”.

Röya İsrafilova