1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN
14 Noyabr 18:22
14 Noyabr 18:22
14 Noyabr 17:52
14 Noyabr 17:35
14 Noyabr 16:14
Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatlarının heç bir hüquqi əsası yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X-də yazıb.
O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır:
"1919-cu ildə Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş etdirilən rayonlar məsələsinə gəldikdə (Baş nazir hazırda Ermənistanın ərazisi sayılan Zəngəzur, Dərələyəz vilayətlərinin tam, həmçinin Ararat, Armavir, Göyçə, Tavuş, Şirak, Lori vilayətlərinin bir hissəsinin Azərbaycanın olduğunu təsdiqləyən xəritədən bəhs edir - red.), tarixi faktları təhrif etməmək üçün xatırlatmaq lazımdır. Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, Baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə Sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".