1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN
14 Noyabr 18:22
14 Noyabr 18:22
14 Noyabr 17:52
14 Noyabr 17:35
14 Noyabr 16:14
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində Azərbaycana gəlib. O, ümummili lider Heydər Əliyevin məzarını və Bakıda Türk Şəhidliyini ziyarət edib.
İmamoğlunun Bakı səfərində bu kimi bəzi məqamlar diqqət çəkib. Maraqlıdır ki, bir müddət öncə onun üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.
Bəzi ekspertlərin fikrincə, bu, Türkiyənin gələcək iqtidarı ilə rəsmi Bakı arasında yaradılan münasibətlər sistemidir. Digər bir diqqətçəkən məqam isə Prezident Rəcəb Tayyib Ərdoğan və iqtidarının buna sakit, təmkinli yanaşmasıdır.
Xalqcebhesi.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, CHP rəsmilərinin Azərbaycana səfəri, bu partiyanın ölkəmizlə münasibətlərinin normallaşması onların mövqeyinin nəticəsi idi:
Asif Nərimanlı
“Keçmiş sədr Kamal Kılıçdaroğlunun dövründə CHP təkcə Türkiyədə deyil, Qərbdə də Azərbaycana qarşı olan qüvvələrin xəttini izləyirdi. Onun Zəngəzur dəhlizinin əleyhinə olan layihəni irəli sürməsi də bunu əyani şəkildə göstərdi. Lakin CHP-də rəhbər dəyişikliyindən sonra bu partiyanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə münasibətlərində normallaşma dövrü başlandı. Eyni vəziyyət Bakıya qarşı münasibətdə də müşahidə edilir. Təbii ki, Azərbaycan heç vaxt Türkiyənin ana müxalifət partiyası ilə münasibətlərin gərginləşməsində maraqlı olmayıb.
O baxımdan, Bakı CHP-dən uzadılan əli geri çevirmir. Lakin bu, Azərbaycanın Türkiyənin daxili siyasətinə qarışması, yaxud Ərdoğana qarşı olan qüvvələrlə əməkdaşlıq etməsi demək deyil. Çünki CHP ilə əlaqələrin normallaşması bu partiyanın Türkiyə daxilində AKP ilə münasibətlərinin yumşalması çərçivəsində baş verir”.
Qeyd edək ki, Əkrəm İmamoğlunun Türkiyədə keçiriləcək növbəti prezident seçkilərindən CHP-nin namizədi olacağı iddia edilir.