ABŞ eksperti İrəvanda: Bakı ilə əlaqə olmadan… Siyasət

ABŞ eksperti İrəvanda: Bakı ilə əlaqə olmadan…

21:18

Qərbin Ermənistana Rusiya və İranla əməkdaşlıq etməmək çağırışları İrəvan üçün ölümcül düşüncədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə amerikalı iqtisadçı Cefri Saks İrəvanda bildirib.

Onun sözlərinə görə, texnoloji cəhətdən geri qalmamaq üçün Ermənistana istehsal sahələri üzrə ağlabatan strategiyalar lazımdır:

“Bütün bunlara region və bütün dünya ilə əməkdaşlıq şəraitində nail olmaq olar”.

O hesab edir ki, ekoloji krizis şəraitində xüsusən də Çinin malik olduğu yeni texnologiyalara ehtiyac var:

“Ermənistan nəqliyyat marşrutlarını inkişaf etdirsə, bu transformasiyada uğur qazanacaq. Dəhliz üçün düzgün ideya Şimal və Cənub, Qərb və Şərq arasında ticarətin regional əsasına malik iqtisadi şəbəkənin bir hissəsi olmaqdır".

Onun sözlərinə görə, bunun üçün Ermənistanın Azərbaycan, Türkiyə, Rusiya və İranla yaxşı münasibətlər lazımdır.