İqlim dəyişiklikləri fonunda investisiya problemləri
20 Noyabr 23:28
Ağdam şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, qətiyyəti, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində deyib: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz, Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
Deputat diqqətə çatdırıb ki, işğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ağdamı xarici və yerli jurnalistlər “Qafqazın Xirosiması” adlandırıblar. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunur. 2021-ci ilin 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.
K.Bayramov əlavə edib ki, Baş plana əsasən burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılır. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam şəhəri müasir şəhərsalmanın ən son modeli əsasında yenidən dirçəlir, düşmənin vurduğu ağır yaralar yavaş-yavaş sağalır. Dövlət başçısının tapşırığına uyğun olaraq birləşdirilən kəndlər və əhalinin artımı nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün tikilir. Qeyd edək ki, vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub və yeni Baş plana əsasən şəhərin ərazisi iki dəfə böyüdülürİşğaldan azad edilmiş şəhərin ərazisində Sənaye Parkının inşası uğurla davam etdirilir və artıq istehsal müəssisələrindən bir neçəsi işə salınıb.
Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsinə zəmin yaradacaq. Sənaye parkının yaradılması əhalinin məşğulluğunun təmin olunmasına, qeyri-neft sektorunun inkişafına, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılmasına güclü təkan verəcək. Eyni zamanda burada mühüm nəqliyyat dəhlizləri də yaradılır. Artıq Bərdə-Ağdam dəmir yolunun və avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Mütəxəssislərin fikrincə, həmin yolların Yevlax qovşağı ilə birləşməsi həm də Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması mümkün olacaq. Şəhərin nəqliyyat infrastrukturu da əhalinin rahatlığına hesablanıb. Belə ki, küçələrdə piyada, velosiped və ictimai nəqliyyat üçün zolaqlar, eləcə də, tramvay xətləri nəzərdə tutulub. Ağdam Qarabağın sənaye mərkəzinə çevrilir.
K.Bayramov əlavə edib ki, Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 ilə yaxın ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Ağdamlılar həmin günləri səbirsizliklə gözləyir, həm də, şəhərin yenidən qurulmasında könüllü iştirak edirlər. Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın əhalinin köçürülməsi həyata keçiriləcək. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur.
Cavid