“İrəvanı buna təhrik edirlər”-deputat Siyasət

“İrəvanı buna təhrik edirlər”-deputat

“Hal-hazırda bizim gündəmimiz Zəngəzur dəhlizinin açılması, ermənilərin işğal elədiyi Qazax rayonun 3 kəndinin geri qaytarılması, delimitasiya və demarkasiya problemləridir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili Elşad Musayev deyib: “Bu gün bu proseslər başlanmalı idi. Amma ermənilər bu addımı atmaq istəmir. Ermənistanın arxasında duran qüvvələr İrəvanı buna təhrik edir. Ona görə də Azərbaycanı öz istiqamətindən yayındırmaq üçün beynəlxalq tədbirin keçirilməsin fürsət hesab edirlər. Buna görə də, qarayaxma kampaniyası aparırlar”.

Günel Elxan