51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib Siyasət

51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib

1, 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81, 82, 85, 86, 87, 88, 89, 92, 93, 95, 101, 102, 103, 107, 109, 110, 111, 112, 114, 115, 116 və 117 saylı seçki dairələrin hüdudlarında dəyişikliklər edilib.

APA xəbər verir ki, əvvəlcə məsələ barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib:

Rövzət Qasımov deyib ki, bələdiyyələrlə bağlı Mərkəzi Seçki Komissiyasında mütəmadi iş aparılır və təkmilləşdirmə işləri həyata keçirilir: "Bələdiyyələrin formalaşmasında Mərkəzi Seçki Komissiyası daim müvafiq qurumlarla əməkdaşlıq edib. Biz dairə seçki komissiyaları ilə məsləhətləşmələr aparırdıq. Bu istiqamətdə işlər başa çatdırılıb. Bununla bağlı müvafiq qərar qəbul edilib. Sentyabrda seçki dairələrinin sxemi təsdiqlənib. Hazırda burada dəyişiklik etməyə zərurət yaranıb. Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə 2024-cü il 18 oktyabr tarixli qərarı ilə bələdiyyələrin yeni siyahısı təsdiqlənib. 1 2, 43, 55, 57, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 70, 71, 72, 73, 74, 75, 81, 82, 85, 86, 87, 88, 89, 92, 93, 95, 101, 102, 103, 107, 109, 110, 111, 112, 114, 115, 116 və 117 saylı seçki dairələrin hüdudlarında dəyişikliklərin olunmasına əsaslar yaranıb. Təklif edirəm ki, bu məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin. Bu layihə hazırlanarkən, Seçki Məcəlləsinin 29-cu maddəsi rəhbər tutulub və seçicilərin rahat səsverməsi və digər meyarlar nəzərə alınıb. Yuxarıda qeyd etdiyim kimi, 51 seçki dairəsində dəyişikliklər olacaq. Bu layihənin üzərində diqqətlə işlənilib. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, bayaq qeyd etdiyim dairə seçki komissiyalarının sxemi və qrafik təsviri nəzərə alınmaqla onun hüdudlarında dəyişiklik edilsin, dairə seçki komissiyaları bununla bağlı müvafiq tədbirlər görsün".

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.