Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin məşğulluğunun səviyyəsi açıqlanıb Siyasət

Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin məşğulluğunun səviyyəsi açıqlanıb

Böyük Qayıdış üzrə Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərə köçmüş əhalinin məşğulluğunun artırılması prioritet olaraq qalacaq.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və iqtisadi fəal olan şəxslərin 80 faizdən çoxunun məşğulluğu təmin edilib, digər şəxslərin də məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır.