Şeyx Ukrayna və Yaxın Şərqdəki savaşla bağlı çağırış etdi Siyasət
- 20:51
- 616
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yaxın Şərqdə və Ukraynadakı müharibələrlə bağlı çağırış edib.
Xalqcebhesi.az xəbər verir ki, QMİ sədri bununla bağlı Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda 10-cu Yubiley Qlobal Forumunda çıxışı zamanı bildirib.
O, Yaxın Şərqdə və Ukraynada problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu söyləyib.
QMİ sədri günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırıb.
A.Paşazadə vurğulayıb ki, bütün mövcud problemlərin fövqündə duran sülhün bərqərarı, planetimizin qorunması məramı ilə BMT Sivilizasiyalar Alyansı, BMT İqlim Dəyişikliklərinə dair qlobal COP tədbirləri çərçivəsində sülh naminə dini liderlərin iştirakı ilə real əməkdaşlıq müstəvisinin təşkili yönündə səylər təqdir olunmalıdır.
Şeyxülislam 200 ölkənin yekdil qərarı ilə BMT İqlim dəyişmələri üzrə COP29 tədbirinə ev sahibliyi etmək şərəfinə layiq görülmüş multikultural Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb. Bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqlarımızı təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.
A.Paşazadə qeyd edib ki, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq.
-
Pakistanda toqquşma: İslamabada ordu yeridildi
-
ABŞ-ın istəyini rədd etdik, indi etirazları yoxdur - Gülər
-
Növbəti il fantastik olacaq - Orban
-
Yasa gedən şəxslər qəzaya düşdülər: yaralılar var
-
İsrail atəşkəs razılaşmasını təsdiqlədi - Təcili
-
Türkiyə 1,4 milyarda 40 ədəd F-16 qırıcısı alır
-
Çin Rusiya və Şimali Koreyanı dayandırmaldır - Blinken
-
Azərbaycan və Türkiyə XTQ-ləri birgə təlimdə - Foto
-
Ordubadda zəlzələ oldu
-
Rusiyanın "Oreşnik"lə zərbəsi... - NATO bəyanat yaydı
-
"AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu
-
İsrail Qəzzada məktəbə zərbə endirdi: 15 nəfər öldü
-
Paşinyan xahiş etdi, iclas Peterburqda olacaq
-
Rusiya bu ölkənin 30 vətəndaşını qara siyahıya saldı
-
Ermənistanın 446 yük maşını Rusiyaya keçə bilmir
-
Türkiyə aeroportlarında problem yarandı
-
İsraildən şok hücum: 2 dəqiqəyə 20 hədəf məhv edildi
-
Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
-
ABŞ-ın bazaları üzərində naməlum PUA-lar göründü
-
Şamaxıda avtomobil yolu çökdü
-
Şeyx Ukrayna və Yaxın Şərqdəki savaşla bağlı çağırış etdi
-
Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır
-
ABŞ Azərbaycanın bu öhdəliyini yüksək qiymətləndirir
-
İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
-
G7 Ukraynaya 50 milyard dollar kredit verir
-
ABŞ-dan Azərbaycana 6 heykəl gətirildi: Biri 262 minə...
-
Yağıntılı hava nə vaxtadək davam edəcək?
-
İrandan gözlənilməz: Onları pulsuz qoruya bilərik!
-
Bu ölkələrlə viza rejimi qismən ləğv edildi
-
Dərman vasitələrinin qanunsuz dövriyyəsinin qarşısı alındı
-
Yaponiyada güclü zəlzələ baş verdi
-
Gənclər Mərkəzi İsmayıllı rayonunda tədbir keçirib
-
Yaşayış binasında yanğın: 33 nəfər təxliyə olundu
-
"Boinq" Pentaqondan 2,4 milyardlıq sifariş aldı
-
ÇL: "Bavariya" və “Barselona”nın oyunu bu kanallarda
-
İldırımzadə və onunla birgə ittiham olunanların cinayət işi...
-
Bakıda qanunsuz tikinti dayandırıldı: 13 gün sonra...
-
İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
-
“Qarabağ”ın prezidenti iddialı danışdı: “Lion”la oyun...
-
Bir sıra bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
XTQ ilə SEPAH-ın birgə təliminə hazırlıq başladı - Foto
-
Umerov silah almaq üçün Seula gedir
-
Bakıda bu avtobus marşrutları müsabiqəyə çıxarılır
-
Xəstə heyvan verirlər, qapıdan girəndən üç gün sonra ölür
-
Özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlarla əlaqədar problem parlamentdə qaldırılıb
-
Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin məşğulluğunun səviyyəsi açıqlanıb
-
MSK bələdiyyə seçkiləri təyin edəcək
-
Trampla Bayden Rusiyanı “bitirmək” üçün razılığa gəlib - ŞOK İDDİA
-
Məktəbdəbkənar təhsil müəssisələrinə elektron qəbulun vaxtı açıqlanıb
-
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib
-
Bakıda və bir sıra bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
-
Cari ildə əsassız pensiya ödənişlərinin qarşısının alınması nəticəsində 1 milyard 363 milyon manata qənaət edilib
-
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb
-
Orta aylıq pensiyanın orta aylıq əməkhaqqına proqnozlaşdırılan nisbəti açıqlanıb
-
Rusiya Britaniya diplomatının akkreditasiyasını ləğv edib
-
“Qəbul olunan qanunlar büdcə hədəflərinin reallaşmasına kömək olacaq”-Arzu Nağıyev
-
Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq
-
“Qarabağ”ın oyunu ilə əlaqədar metroda iş rejimi 1 saat uzadılacaq
-
Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə gündəmə gətirilib
-
Hikmət Hacıyev: “Politico” dezinformasiya yaymağa davam edir, Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib