“Ermənistanın silahlanması Azərbaycana qarşı siyasi təzyiq metodudur” - deputat Siyasət

“Ermənistanın silahlanması Azərbaycana qarşı siyasi təzyiq metodudur” - deputat

Bütün cəhdlərinə baxmayaraq Ermənistanın Azərbaycanla müharibə aparması Ermənistana hər hansı bir uğur gətirməyəcək”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O vurğulayıb ki, Azərbaycan Ordusunun silah və texnika ilə təchizatı, əsgər resursu, döyüş təcrübəsi və ən əsası Azərbaycan əsgərinin döyüş ruhu Ermənistanınkından qat-qat üstündür: “O başqa məsələ ki, Ermənistan cəmiyyətində hələ də revanşist əhval-ruhiyyə höküm sürür. Ermənistanı kənardan Azərbaycana qarşı təxribatlara çəkən anti-azərbaycan mərkəzləri var. Bu silahlanma, sülh müqaviləsinin imzalanmasına dair müxtəlif bəhanələrin gətirilməsi bundan asılı olan məsələdir. Azərbaycanla sərhəddə Avropa Birliyi müşahidəçilərini yerləşdirərək onların Azərbaycan ərazisini müşahidə etməsinin özü heç də Ermənistanın Azərbaycanla yaxşı qonşuluq münasibətləri qurmasında əsl niyyətini ortaya qoya bilmir. Hesab edirəm ki, Ermənistanın silahlanması Azərbaycana qarşı siyasi təzyiq metodudur, ancaq bütün təzyiqləri dəf etdiyi kimi Azərbaycan bunun da öhdəsindən uğurla gələcək”.

Röya İsrafilova