"Bu, regionda sabitliyi pozmağa yönəlmiş cəhddir" - Bəhruz Məmmədzadə Siyasət

"Bu, regionda sabitliyi pozmağa yönəlmiş cəhddir" - Bəhruz Məmmədzadə

"Azərbaycan sərhədinə gələn və terrorçu qruplaşmaları ilə görüşən “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyanın səfəri regionda sabitliyi pozmağa yönəlmiş cəhddir".
Bunu Xalqcebhesi.az-a açıqlmasında hərbi ekspert Bəhruz Məmmədzadə deyib.
B.Məmmədzadə bildirib ki, bu şəxslərin niyə və hansı məqsədlə sərhədə gəldiyi, daha dəqiq desək göndərildiyi hər kəsə məlumdur: "Sülh proseslərindən yayınmaq, eləcə də Qərb dairələrinin Cənubi Qafqazda daima münaqişə ocağı yaratmaq məqsədi daşıyır: "Artıq ənənə halını alıb. Sülh prosesi irəlilədikcə bölgədə maraqları olan Qərb dairələri müstəqil siyasət apara bilməyən Ermənistanın baş naziri Nikol Paşinyana təsir göstərməyə çalışırlar.
Belə hallarda, məqsəd provakasiyaya rəvac vürmək, gərginliyi artırmaq və ya terror aktı törətmək ola bilər. Ermənistan və Azərbaycan arasında sülh prosesinin gərgin keçdiyi bir vaxtda, belə addımlar daha çox diqqət cəlb edir. Xatırladım ki, 19 sentyabr 2023 cü ildə də mülki vətəndaşlarımıza və hadisə yerinə gedən polis əməktaşlarına terror aktı törətmişdilər. Bütün bu proseslər fonunda cərəyan edən hadisələrin bir məqsədi var. Bölgədə gərginlik və yeni eskalasiya riskləri yaratmaq. Amma hesb edirəm ki, Ermənistanın yürütdüyü ikiüzlü siyasəti özünə ziyan edəcək, artıq illərdir ki, bunu görürük. Azərbaycanın regionda sözünü demiş çox güclü ordusu var. Cənab Ali Baş komandanın uğurlu siyasəti, dövlətimizin günü gündən artan nüfuzu imkan verir ki, Cənubi Qafqazda sabitliyi pozmağa çalışan dairələrin məkrli planlarını pozsun. İstənilən halda bölgədə sülhün və sabitliyin yaranmasına nail olacağıq. Biz bölgənin ən nüfuzlu ölkəsiyik, həm siyasi arenada, həm ordumuzun gücü ilə həm də ki, təbii sərvətlərimizlə".

Ali