Azərbaycanda Qvineya-Bisaudan olan tələbələrə təqaüd ayrıla bilər Siyasət

Azərbaycanda Qvineya-Bisaudan olan tələbələrə təqaüd ayrıla bilər

Bu gün müxtəlif sahələr üzrə potensial əməkdaşlıqla bağlı müzakirələrimiz olub.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira ilə birgə mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, Qvineya-Bisau öz təbii resurslarını inkişaf etdirmək astanasındadır: “Azərbaycan bu sahədə öz təcrübəsini, eyni zamanda, aidiyyəti dövlət şirkətləri layihələrin, qanunvericilik bazasının yaradılması ilə bağlı təcrübəsini bölüşəcək. Bu gün Azərbaycanın ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə təhsil təqaüdünün ayrılması məsələsi də müzakirə edildi. Səfər çərçivəsində tələbə mübadiləsi ilə bağlı Azərbaycan Elm və Təhsil Nazirliyində və ali təhsil müəssisələrində də bu məsələlər müzakirə ediləcək, görüşlər keçiriləcək”.