Bakıda kəşfiyyat sahəsində üçtərəfli görüş keçiriləcək
3 Dekabr 19:28
3 Dekabr 19:28
3 Dekabr 19:15
3 Dekabr 14:37
3 Dekabr 13:18
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 28-ci Nazirlər Şurasının iclasına iştirak edib.
Bu barədə XİN məlumat yayıb.
Nazir Azərbaycan tərəfinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın sektoral inkişafı ilə bağlı perspektivlərindən, həmçinin İƏT Regionunda dayanıqlı artım və inkişafı təmin etmək üçün 2025-ci il İƏT Visionuna uyğun gələcək planlar və layihələrdən bəhs edib.
Ceyhun Bayramov iclasla bağlı "X" hesabında paylaşımında bildirib ki, Azərbaycan nəqliyyat infrastrukturunun və dəhlizlərin imkanlarının inkişafını təmin etmək üçün əlaqələrin gücləndirilməsində mühüm rol oynayır.
"İranın Məşhəd şəhərinə işgüzar səfərim çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 28-ci iclasında çıxış etməkdən məmnunam.
Cari və yaranan regional çağırışlar fonunda nəzərəçarpacaq nəticələrə nail olmaq üçün əməkdaşlıq potensialından istifadə mühüm əhəmiyyət kəsb edir.
Regionumuzun strateji coğrafi və geosiyasi xüsusiyyətlərindən, xüsusən də nəqliyyat və kommunikasiya sahələrindən istifadə edən Azərbaycan nəqliyyat infrastrukturunun və dəhlizlərin imkanlarının inkişafını təmin etmək üçün əlaqələrin gücləndirilməsində mühüm rol oynayır" ,- nazir qeyd edib.