“Hər kəs öz maraqları çərçivəsində hərəkət edir” - deputat Siyasət

“Hər kəs öz maraqları çərçivəsində hərəkət edir” - deputat

“Uzun müddət idi Azərbaycanda belə bir təsəvvür yaranmışdı ki, ABŞ başda olmaqla, Qərb ölkələri demokratiyanın beşiyidir, onların liderləri çox obyektiv, demokratik adamlardır, haqq-ədalət bu ölkələr üçün ən vacib xüsusiyyətdir. Sonra zaman keçdikcə gördük ki, hər kəs öz maraqları çərçivəsində hərəkət edir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

O əlavə edib ki, bu ölkələrin istər dövlət siyasəti, istər onların rəhbərləri adətən öz konyuktur maraqlarına uyğun addımlar atırlar: “Bayden də bir neçə dəfə populist şəkildə bəyan etmişdi ki, mən oğlumu əfv etməyəcəm. Amma müəyyən zaman keçdi, Bayden artıq hakimiyyətdən getmə ərəfəsindədir, ona görə də fürsətdən istifadə edib öz oğlunu əfv edib. Yəni biz son dövrlər istər Bayden olsun, istər bu qəbildən olan digər siyasətçilər olsun onların siyasətində belə ikili standartlar görməyə alışmışıq. Ona görə də hesab edirəm ki, bu da Qərb liderlərinin nümayiş etdirdiyi ikili standartlardan bir nümunədir”.

Röya İsrafilova