Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olub Siyasət

Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Andorranın Xarici İşlər Naziri Imma Tor Faus ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-İin “X” platformasındakı paylaşımında bildirilib.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

İkitərəfli əlaqələrin cari vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə əməkdaşlığın gücləndirilməsi üçün siyasi dialoqun və mütəmadi siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olubAzərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olubAzərbaycan və Andorra XİN rəhbərlərinin görüşü olub