Abbas Abbasov: Müstəmləkəçiliklə yalnız beynəlxalq hüquq çərçivəsində mübarizənin tərəfdarıyıq Siyasət

Abbas Abbasov: Müstəmləkəçiliklə yalnız beynəlxalq hüquq çərçivəsində mübarizənin tərəfdarıyıq

"Müstəmləkəçiliyə qarşı yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizənin tərəfdarıyıq".

APA-nın xəbərinə görə, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunan beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Bakı Təşəbbüs Qrupu indiyədək müstəmləkəçiliklə mübarizə istiqamətində yerli və beynəlxalq səviyyədə müxtəlif konfrans və digər xarakterli tədbirlər həyata keçirib.

"Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq təşkilatlara Fransa və Niderlandın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ağır sosial-iqtisadi şəraitdə yaşadığı ilə bağlı vaxtaşırı məlumatlar göndərir. Eyni zamanda, biz indiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq platformalarda bir sıra tədbirlər həyata keçirmişik. Biz müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarıyıq".