Nazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edir Siyasət

Nazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edir

6 fevral tarixində Bəhreyndə “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” öz işinə başlayıb.

Xalqcebhesi.az XİN-ə istinadən xəbər verir ki, forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edir.

Forumda Azərbaycanın Xarici İşlər Nazirliyini nazir müavini Yalçın Rəfiyev təmsil edir.

Y.Rəfiyev Forum çərçivəsində keçirilən panellərdə iştirak edib, o cümlədən Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusunda paneldə məruzəçi qismində çıxış edib.

Forum çərçivəsində eyni zamanda, Y.Rəfiyevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Forum dekabrın 8-dək davam edəcəkdir.

Nazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edirNazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edirNazir müavini Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edir