“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
7 Dekabr 2024 11:58
3 024
2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik, bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub.
Bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.
Fuat Oktay bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub: “Şuşa bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir”.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri qeyd edib ki, 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik, bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub: “44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi, Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”.
13 Dekabr 17:17
1 792
13 Dekabr 12:09
2 065
12 Dekabr 17:54
3 416