TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik Siyasət

TBMM komitə sədri: Xankəndidə layihələr həyata keçirmişik

Qarabağın inkişafı prosesində Azərbaycanla bir yerdəyik.

Bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

“Qarabağda ilk günlərdən hava limanlarının, yolların tikintisində, şəhərlərin yenidən inşasında Azərbaycanın sonuna qədər yanındayıq, özəl sektorumuzu da bu işə cəlb olunub. İndi də yenə taxılçılıq, səhiyyə sahəsində əməkdaşlıqlar davam edir. Antiterror əməliyyatından sonra özəl sektorumuz Xankəndi başda olmaqla bölgədə digər şəhərlərdə layihələr həyata keçirib. Bundan sonra lazım olarsa, tək Qarabağda deyil, bütün Azərbaycanda infrastruktur sahəsində və digər layihələr həyata keçirəcəyik. Orta Dəhlizdə çox mühüm iki ölkəyik, layihələrimiz davam edəcək”, - deyə Fuat Oktay bildirib.