İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb Siyasət

İndiyə qədər 1531 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb

118 dairənin 77 dairəsi üzrə 337 bələdiyyədə keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı 1531 nəfərə çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov açıqlayıb.

O bildirib ki, bu rəqəmin artacağı istisna edilmir.