Hacıyev İsrail XİN başçısı ilə Yaxın Şərqdən danışdı Siyasət

Hacıyev İsrail XİN başçısı ilə Yaxın Şərqdən danışdı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin xarici işlər naziri Gideon Saar ilə regional gündəliyi müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail XİN-in Avrasiya və Qərbi Balkan şöbəsinin rəhbəri Liat Vekselman X sosial şəbəkə hesabında bildirib.

L.Vekselman qeyd edib ki, tərəflər Yaxın Şərq və Qafqaz regionunda cərəyan edən son hadisələri, regional təhlükəsizliyi və İsraillə Azərbaycan arasında ikitərəfli möhkəm münasibətləri müzakirə ediblər.