Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb Siyasət

Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

"NATO Müdafiə Kollecinin Bakıda səfərdə olan nümayəndə heyətini ADA Universitetində görməkdən və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti haqqında danışmaqdan məmnunluq duyuram", - paylaşımda deyilib.

Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübHikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşüb