“Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb”-Baş nazir Siyasət

“Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb”-Baş nazir

“2024-cü il vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olub. Azərbaycan tarixində ilk dəfə olaraq, bütün suveren ərazilərimzidə növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirilib”.
Xalqcəbhəsi.az xəbər veri ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir əlavə edib ki, hökumətlə Milli Məclisin qanunvericilik sahəsində işgüzar əməkdaşlıq münasibətləri bundan sonra da davam etdiriləcək: “Büdcə layihələri Milli Məclisdə yüksək səviyyədə müzakirə olunub. Strateji valyuta ehtiyatlarımız 72 milyard dolları ötüb.
Valyuta bazarında tarazlığın qorunması, manatın məzənnəsinin möhkəmləndirilməsi, inflyasiyanın aşağı səviyyədə qalmasını şərtləndirib. 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2 faiz, illik isə 4,4 faiz olub.
Artan gəlirlərimiz hesabına əhalinin sosial rifah halının davamlı yaxşılaşdırılması davam edir.
Sosial yönümlü xərclər dövlət büdcəsi xərclərinin 40 faizini üstələyir”.