İsveçrə “Qarabağ konfransı” təklifini rədd etdi
17 Dekabr 23:31
17 Dekabr 23:31
“Azərbaycan tərəfi Prezident İlham Əliyevin çıxışı ilə növbəti dəfə öz narahatlığını, Ermənistanın həll etməli olduğu vacib məsələləri gündəmə gətirmiş oldu. Ermənistanın öz Konstitusiyasını dəyişməsi ilə bağlı Azərbaycan irəli sürdüyü tələbdə çox haqlıdır. Çünki Ermənistan Konstitusiya ilə təsbit olunan ana sənədində konkret olaraq Qarabağ ərazisinə iddia irəli sürür. Ona görə də biz təbii olaraq bunun dəyişdirilməsini tələb edirik və edəcəyik də”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
M.Göyüşlü əlavə edib ki, Azərbaycan bu şərti hər hansısa problem yaratmaq üçün deyil, əksinə, Ermənistanın yaratdığı problemi çözmək üçün irəli sürür: “Çünki həm sülh müqaviləsi bağlamaq istəyi, həm də Konstitusiyada ərazi iddiaları, bunların ikisi bir araya sığan məsələlər deyil. Ermənistan bu məsələyə diqqətli və ciddi yanaşmalıdır”.
Siyasi şərhçi həmçinin bildirib ki, ATƏT-in Minsk qrupu mövcud olduğu zaman da normal fəaliyyət göstərmirdi və problemin həlli üçün heç bir şey etmədi: “İndi problem həll olunub, məsələlər bitib və Minsk qrupunun qalması isə absurd bir məsələdir. Ermənistan da bunu başa düşməli və Azərbaycanla bir yerdə Minsk qrupunun ləğvi üçün müraciət etməlidir. Minsk qrupu Qarabağ problemini həll etmək üçün mövcud idisə və Qarabağ problemi həll olunubsa, Paşinyan da Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırsa, o zaman daha Minsk qrupuna nə ehtiyac var? Ona görə də Prezident İlham Əliyev haqlı olaraq bu məqamları qeyd edib. Hesab edirəm ki, Prezidentin səsləndirdiyi bu məsələlərə Ermənistan tərəfi ciddi yanaşmalı, problemlərin həlli istiqamətində addım atmalıdır”.
Röya İsrafilova