Prezident: D-8 ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul edib, bu, bizim üçün qürur mənbəyidir Siyasət

Prezident: D-8 ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul edib, bu, bizim üçün qürur mənbəyidir

Azərbaycanın namizədliyinə dəstək bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” paylaşımında bildirilib.

“Türkiyənin təşəbbüsü ilə yaradılmış D-8 təşkilatı 30 ilə yaxındır ki, fəaliyyət göstərir və ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul olunmuşdur. Bu, bizim üçün qürur mənbəyidir”, - paylaşımda qeyd edilib.