Prezident Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb Siyasət
- 10:35
- 994
Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Sizi – “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.
Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.
Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk.
Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.
Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm. Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir.
Bir daha sizə ən xoş diləklərimi yetirir, Forumun işinə uğurlar arzulayıram".
-
Minimum aylıq əmək haqqı artırıldı - Sərəncam
-
Prezident fərman imzaladı
-
Qoşqar Təhməzli çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
-
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib
-
Kobaxidze Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
-
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevi təbrik edib
-
DMX Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib
-
Azərbaycana 10 ayda 1.2 milyona yaxın smartfon idxal edilib
-
“Barselona” niderlandlı futbolçu ilə vidalaşmağa hazırlaşır
-
Maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar müəyyənləşib
-
Hökmran mövqedən sui-istifadənin zəruriliyinin qiymətləndirilməsi qaydaları təsdiqlənib
-
Tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşına cəza istənilib
-
Milli fəal Vahid Əbhərinin ailəsinə qarşı təzyiq göstərilir
-
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
-
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
-
Ürəklərdə yuva qurmağı bacaran insan...
-
QHT sədrləri Qarsda baş konsul Zamin Əliyevlə görüşdülər -FOTO
-
Kahramanmaraşda fil sümüyü tapılıb
-
Çin Kanadaya sanksiya tətbiq etmək qərarı alıb
-
YAP yanvar seçkisinə 8071 namizəd tapdı
-
Nazir: Qarşılıqlı səfərlər Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır
-
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib
-
İranda avtobus yanacaq daşıyan maşınla toqquşub, 9 nəfər ölüb
-
Belqradda Səfirlər Konfransı başlayıb
-
Ceyhun Bayramov Belqradda Səfirlər Konfransında çıxış edib
-
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
-
Kreml Putinin Slovakiya Baş naziri ilə danışıqlarının detallarını açıqlayıb
-
“Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı
-
Fransa Azərbaycan qazının Avropaya ixracnın qarşısını almaq üçün hərəkətə keçib
-
“Azərbaycan iqtisadi inkişafa yönəlmiş siyasət aparır”
-
Qəzvində xəstəxana çatışmazlığı
-
Kreml Əsma Əsədin Rusiyanı tərk etmək istəməsi ilə bağlı məlumatlara münasibət bildirib
-
Lukaşenko prezident seçkilərinə namizəd olub
-
Bayram tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb
-
“Keşlə bazarı”nın sökülməsi təxirə salınıb
-
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
-
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
-
Təcili tibbi yardım maşınları avtobus zolaqlarına daxil ola biləcək
-
KİV: Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır
-
Azad edilmiş ərazilərdə daha 130 mina, 304 PHS aşkarlanıb
-
Gələn il azad olunmuş ərazilərdə yeni tibb müəssisələri açılacaq
-
Gürcüstan məhkəməsi əsas müxalifət koalisiyasının liderini cərimələyib
-
Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM
-
Gələn ildən Bakı və Bakıətrafı ərazilərdə təcili yardım yarımstansiyalarının qurulması tamamlanacaq
-
İran XİN: Suriyanın yeni hakimiyyəti ilə birbaşa əlaqəmiz yoxdur
-
Bölgələrdə dekabrın ötən dövründə 13 gün yağıntılı hava şəraiti olub
-
“Bizi yeni hədəflər gözləyir”
-
Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcək
-
TƏBİB sertifikatsız fəaliyyət göstərən plastik cərrahlarla bağlı məsələyə münasibət bildirib
-
Serbiya Prezidenti Ceyhun Bayramovla görüşəcək
-
Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
-
Paşinyan öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaq istəyir
-
Xankəndidə Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı hazırlıqlara başlanıb - FOTO
-
“Azərbaycan etibarlı bir tərəfdaş kimi tanınır”
-
Qubadlı və Cəbrayılda modul tipli xəstəxanaların layihələndirilməsinə başlanılıb
-
Gələn ildən xəstəxanalarda vərəm, çarpayı, təxliyə modulları tətbiq olunacaq
-
İlham Əliyevin rəhbərliyi ilə hansı effektiv dövlət siyasəti həyata keçirilir?
-
General-mayor Kənan Seyidovun 50 illik yubileyidir - FOTO
-
Məhkəmə aliment borcunun silinməsi ilə bağlı qərar verib
-
IV Azərbaycan Vokalçıları Festivalı davam edir