Nazir: Qarşılıqlı səfərlər Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır Siyasət

Nazir: Qarşılıqlı səfərlər Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır

Serbiya və Azərbaycan arasında qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiç ilə birgə bəyanatda bildirib.

“Azərbaycan ilə Serbiya arasında əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlərin dinamizmi, mükəmməl siyasi dialoq, parlamentlərarası əlaqələrin zənginləşməsi, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyət, perspektivli iqtisadi əməkdaşlıq, eləcə də mədəni-humanitar mübadilələrlə müşayiət olunub”, - nazir qeyd edib.