Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
24 Dekabr 23:16
24 Dekabr 23:16
24 Dekabr 22:22
24 Dekabr 13:13
“2024-cü ildə Ermənistanla sülh gündəmində Azərbaycanın tələb və şərtlərinin parlaqlığı bir daha hiss olundu”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov söyləyib.
O əlavə edib ki, ən cazibəli hadisə Qazaxın işğal altında saxlanılan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına nail olmaq idi: “Ümumilikdə sülh proqramında başqa müsbət dinamikalar, o cümlədən sülh müqaviləsi üçün qarşılıqlı təkliflər mübadiləsinin həyata keçirilməsi proseslərin praqmatik xüsusiyyətlərini göstərir. Bununla belə, Ermənistanın qeyri-müəyyən vektorunu davam etdirməsi, Azərbaycana qarşı silahlanma cəbhəsi yaratmaq cəhdləri də sülh gündəminin müşayiətində baş verir. Bu, regionda Ermənistan mərkəzli risklərin qaldığını və gələcəkdə arta biləcəyini, nəticədə Azərbaycanın regional təhlükəsizlik boşluqlarını öz maraqları zəminində dolduracağı proqnozlarını çıxarmağa imkan verir”.
Siyasi təhlilçi COP29-un Azərbaycanda keçirilməsi haqqında da danışaraq vurğulayıb ki, bu tədbirin Azərbaycanın xarici siyasət təsirlərinə verdiyi imkanlara gəlincə, deyə bilərik ki, Bakı bununla beynəlxalq ictimaiyyətə ən güclü fikirlər verə biləcəyini sübut etdi: “COP29-da iqlim maliyyəsi üzrə 300 milyard dollar ayrılmasına razılıq əldə edilməsi düzün və ədalətli beynəlxalq mexanizmlərin yaradılması üçün alternativ baza yaratdı. COP29 ümumilikdə Bakıda əldə edilmiş razılıqlar çərçivəsində yeni qlobal hədəflər təqdim edir. Bütövlükdə 2024-cü il Azərbaycanın xarici siyasəti münaqişələrin artdığı və eskalasiyaların genişmiqyaslı xarakter aldığı beynəlxalq dinamikada uğurlu nəticələrin əldə edildiyini göstərir”.
Röya İsrafilova