Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşları qəbul edib Siyasət

Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Azər Allahverənov Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərin qəbulunu keçirib.
Qəbul zamanı Kürdəxanı sakinləri tərəfindən bir sıra məsələlər qaldırılıb. Onlar əsasən məhəllələrin abadlaşdırılması, yolların işıqlandırılması, ictimai nəqliyyatın işinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və qəsəbə ərazisində sosial infrastrukturun genişləndirilməsi ilə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlər deputat tərəfindən qeydə alınıb və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən baxılması üçün zəruri prosedurlara başlanılıb.
Deputat vətəndaşlara hər bir müraciətin diqqətlə araşdırılacağını və onların həlli istiqamətində zəruri addımların atılacağını bildirib.
Həmçinin qəbul zamanı sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi məlumat veriləcəyi və aidiyyəti qurumlarla koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.
Deputat Azər Allahverənov Kürdəxanı sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.