Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib Siyasət

Nikol Paşinyan Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Ermənistan Baş naziri Nikol Paşinyan AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Bu barədə Paşinyan “X” platformasındakı paylaşımında bildirib.

“Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı veririk. Baş vermiş bu faciə insanın kədərlənməməsinə səbəb ola bilməz”, - o qeyd edib.