Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır Siyasət

Dövlət Departamenti: ABŞ təyyarə qəzası ilə bağlı Azərbaycan və Qazaxıstana kömək etməyə hazırdır

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qazaxıstanın Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

O, bununla bağlı “X” hesabında paylaşım edib.

“Azərbaycan Hava Yolları QSC-yə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərini dərin hüznlə eşitdik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazırıq”, - Metyu Miller vurğulayıb.