Türkiyə Bakıya araşdırma qrupu göndərir
27 Dekabr 23:03
27 Dekabr 23:03
27 Dekabr 22:55
27 Dekabr 21:05
27 Dekabr 20:18
“Xalqların, cəmiyyətlərin həyatında elə hadisələr olur ki, burada bütün cəmiyyət siyasi mənsubiyyətindən asılı olmayaraq yekdillik və həmrəylik nümayiş etdirməlidirlər. İki gün öncə baş verən təyyarə qəzası da məhz belə bir hadisələrdən hesab olunmalıdır. Çünki bu, bir faciədir. Bizim təyyarəmiz vurulub və təyyarədə olan şəxslərdən 38 nəfər həyatını itirib. Belə bir məqamda siyasi partiyaların, ictimai təşkilatların, o cümlədən fərdlərin hadisə ilə bağlı yekdillik nümayiş etdirməsi müsbət bir hadisədir. Dünən siyasi partiyaların yaydığı bəyanatda da bu yekdillik və həmrəylik ifadə edilir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O.Qasımov bildirib ki, bu bəyanata qoşulmayan qüvvələr də var: “Hesab edirəm ki, onlar bu tipli məsələlərdə siyasi məqsədlərdən istifadə etməməli və belə bir məsələ ilə bağlı ümumi mövqedə olmalıdırlar. Yəni hansısa bir bədbəxt, faciəvi hadisədən siyasi məqsədlər üçün istifadə edilməsi doğru hesab olunmur. Hakimiyyətə müxalif olub-olmamasından, eləcə də hansı münasibətdə olub-olmamasından asılı olmayaraq hesab edirəm ki, ümummilli məsələlərdə həmrəylik çox vacib bir şərtdir”.
Röya İsrafilova