Səudiyyə Ərəbistanının Kralı: Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin təəssüf hissi ilə qarşıladım Siyasət

Səudiyyə Ərəbistanının Kralı: Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması xəbərini dərin təəssüf hissi ilə qarşıladım

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.

Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!"