"Hakimiyyətə qarşı qəzəbi sadə insanların faciəsi üzərindən istifadə etmək siyasi səbatsızlıqdır" Siyasət

"Hakimiyyətə qarşı qəzəbi sadə insanların faciəsi üzərindən istifadə etmək siyasi səbatsızlıqdır"

Dövlətin çətin günündə kimlərinsə hansısa məqsədlər güdərək öz maraqlarından çıxış etməsi heç bir əxlaq normalarına sığışmayan haldır. Baş vermiş hadisə bütün Azərbaycan xalqının kədəridir. Bunu fərqli istiqamətlərə çəkmək özünü əsl azərbaycanlı hesab edən şəxslər üçün yolverilməzdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, qəzada həlak olanların ailələrinə taziyə mesajı ünvanlamaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Özünü bu borcdan kənar saxlamaq həm Azərbaycan mentalitetinə yaraşmır, həm də həmin şəxslərin azərbaycanlı olmasını şübhə altına alır:

"Həmin şəxslər və təşkilatlar Azərbaycan dövləti ilə Azərbaycan hakimiyyəti anlaşıylarını məqsədli şəkildə eyni xəttdə tutan insanlardır. Hakimiyyətə qarşı qəzəbi sadə insanların faciəsi üzərindən istifadə etmək siyasi səbatsızlıqdır".

Cavid