Putin üzr istəməlidir - Sabiq səfir Siyasət

Putin üzr istəməlidir - Sabiq səfir

"Bəzi məsələlər var ki, burada səhv axtarmaq düzgün deyil. Fövqəladə vəziyyət yarandığından təyyarə enişə icazə istəyib, amma verilməyib. Təyyarənin vurulması arqumenti inandırıcıdır, vurulub. Vaxt itirmədən Rusiya üzr istəməlidir".

Bunu "Xalq Cəbhəsi"nə İranın Azərbaycanda sabiq səfiri Əfşar Süleymani
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğramasına münasibətində deyib.

O, qeyd edib ki, Rusiya tərəfi beynəlxalq qanunlara uyğun təyyarə qəzası nəticəsində həyatlarını itirənlərin ailələrinə, yaralılara təzminat ödəməlidir:

"Rusiya qəzalı vəziyyətdə olan təyyarəyə yaxın ərazilərdə enişə icazə verməyib ki, Xəzərə düşsün, vurulma izi itsin, hamı ölsün. Amma Allahın köməkliyi pilotların peşəkarlığı nəticədində təyyarə yerə endirilsə də ölü sayı az oldu. Xəzərə düşsəydi təyyarədəki lərin hamısı həlak olacaqdı. Amma təyyarənin yerə endirilməsi ilə bəzi qaranlıq məqamlara aydınlıq gətirildi, heç nəyi gizlətmək olmadı. Putin üzr istəməli, nümayəndələrini göndərməli və Azərbaycanla münasibətlərinə xələl gətirməməlidir. Bir daha təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm".

Cavid