Litva Prezidenti: Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır Siyasət

Litva Prezidenti: Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır

Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə telefon danışığından sonra etdiyi “X” paylaşımında qeyd edib.

“İndicə Prezident Salome Zurabivşili ilə telefonla danışdım. Gürcüstanda demokratik geriləmə ilə bağlı dərin narahatlıqlarımı ifadə etdim. Gürcüstan Belarus ssenarisinin təkrarlanması riski altındadır. Litva Avropa Parlamentinin Gürcüstanda demokratik seçkilərin keçirilməsinə dair qətnaməsini qətiyyətlə dəstəkləyir”, - Nauseda qeyd edib.