Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
“Siyasi partiyaların baş vermiş təyyarə qəzası ilə bağlı bəyanatları təqdirəlayiqdir. Bununla həmin siyasi partiyalar və dövlət arasında sistemli iş aparıldığını görürük. Bu, əslində elə onun nəticəsidir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
O əlavə edib ki, heç kəs bizi pərakəndə görməməlidir: “Hər kəs başa düşməlidir ki, Azərbaycan dövləti, cəmiyyəti daxilində siyasi fikirlərindən, ideologiyalarından, müxtəlif məsələlərə dair baxış bucaqlarındakı fikir ayrılıqlarından asılı olmayaraq milli məsələlərdə, dövlət məsələlərində bütün siyasi partiyalar məhz dövlətimizin və siyasi hakimiyyətimizin yanındadır. Necə ki, həmişə siyasi hakimiyyət bütün milli məsələlərdə, ümumiyyətlə, fəaliyyətində hər zaman cəmiyyətin bütün qruplarının yanında yer alır. Elə Prezident İlham Əliyevin Sankt-Peterburqa demək olar ki, yaxınlaşarkən təyyarəni geri döndərib Bakıya qayıtması da Azərbaycan Prezidentinin prinsipiallığının və siyasi idarəsinin göstəricisidir. Bu gün sosial şəbəkələrdə paylaşılan məlum çağırışlar və ümumiyyətlə Azərbaycan tərəfindən məlum çağırışların, bəyanatların verilməsi bir daha onu göstərir ki, qarşımızda kimin olmasından asılı olmayaraq Azərbaycan dövləti hər kəsdən eyni bizə olan münasibəti tələb edəcək. Bunu siyasi partiyaların düşərgəsində olanlar da daxil olmaqla hamı bilməlidir”.
Röya İsrafilova