Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməni tam itirib, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib.
Bunu Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
Dövləti başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.