Rusiyada təyyarə qəzasına görə cinayət işi açıldı Siyasət

Rusiyada təyyarə qəzasına görə cinayət işi açıldı

Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb, mülki və hərbi mütəxəssislər dindirilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığına istinadən məlumat yayıb.

Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir”, - məlumatda qeyd olunub.