Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi Siyasət

Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi

Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər.

Tərəflər qəzanın bütün səbəblərinin müəyyən edilməsinin vacibliyini vurğulayıblar.