Təyyarə Qazaxıstandan kənarda zədələnib - Astana
28 Dekabr 18:41
28 Dekabr 18:41
28 Dekabr 17:58
28 Dekabr 14:03
Xorvatiya Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi surətdə qəzaya uğraması xəbərini dərin kədərlə qarşıladım. İnsanların bu qəzada həyatını itirməsi ürəkağrıdıcı hadisədir.
Xorvatiya hökuməti adından və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”, - başsağlığı məktubunda qeyd olunub.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.