Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 23:51
30 Dekabr 23:51
30 Dekabr 22:09
30 Dekabr 18:06
30 Dekabr 16:54
Azərbaycan tarixinin xüsusi vurğulanacaq məqamlarından biri Azərbaycan ərazisindən Rusiya sülhməramlılarının çıxarılması prosesi oldu. Hələ 2020-ci ilin 9 noyabrında 44 günlük müharibənin son gecəsi imzalanmış üçtərəfli müqaviləyə əsasən Qarabağ ərazisinə sülhməramlı adı altında yeridilən rus qoşunlarının gəlişi Azərbaycan xalqını məyus etmiş, son iki yüz ildə ilk dəfə itirilmiş torpaqlarımızı qaytarsaq da, bunun sevincini yaşaya bilməmişdik.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Rus ordusunun girdiyi yerdən çıxmadığını hamı təkrarlayır, əldə olunan qələbəyə kölgə düşdüyünü vurğulayırdı. 5 illik Azərbaycan ərazisinə yerləşmiş rus ordusu özünü buranın yiyəsi kimi aparır, ermənilərlə birlikdə Azərbaycanın gözü önündə saymazyana hərəkətlər edirdi:
"Amma hadisələrin gedişi Azərbaycan xalqının narahatlığının əbəs olduğunu göstərdi. Azərbaycan dövlətinin zərgər dəqiqliyi ilə yürütdüyü siyasət elə bir tarixi şərait yaratdı ki, kimsələrin gözləmədiyi hadisələr ard-arda baş verdi. Azərbaycan ordusu Qarabağ ərazisində antiterror əməliyyatı keçirməyə məcbur buraxılır. 24 saatdan az vaxtda antiterror əməliyyatı öz nəticəsini verir. Bunun ardından Qarabağa müxtəlif yerlərdən toplanaraq gətirilən ermənilər bir nəfər kimi Qarabağ ərazisini tərk etməyə başlayır. Artıq Qarabağda erməni qalmadığını görən rus ordusu bir müddət sonra sülhməramlı missiyasına son verməyə məcbur olur. Bundan əvvəl Qəbələ RLS-dən çıxarılan rus ordusu bu dəfə bir daha geri qayıtmamaq şərtilə Azərbaycan ərazilərini əbədi tərk edir.
Azərbaycan ərazisində artıq heç bir xarici hərbi baza, hərbi kontingent yoxdur. Bu, böyük nailiyyət və suverenliyin ən yüksək göstəricidir. Azərbaycan dövləti və xalqı öz ordusunun qoruması altındadır. Öz ordusuna güvənir və öz təhlükəsizliyini ona həvalə edir".
Cavid