"Böyük Qayıdış" uğurla həyata keçirilir Siyasət

"Böyük Qayıdış" uğurla həyata keçirilir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.
"Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir.

Bunu "Xalq Cəbhəsi"nə Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib.

QHT sədri vurğulayıb ki, Qarabağda tikinti, quruculuq işləri davam etdirilir. Qarabağa qayıdan əhalinin məşğulluq məsələləri, eyni zamanda digər sosial təminatla bağlı məqamlar dövlət tərəfindən həll olunur.

Son statistik məlumatlara görə, azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub. Bu istiqamətdə işlərin davam etdirildiyi ilə bağlı da aidiyyəti qurumlar tərəfindən məlumatlar paylaşılır:

“2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait, o cümlədən 2025-ci ildə 4 mlrd. manat ayrılıb.

İşğaldan azad edilən ərazilərdə 2026-cı ilədək 34 min 500 mənzil və fərdi yaşayış evi inşa olunacaq".

F.Kərimov onu da qeyd edib ki, İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması da bu nəhəng tarixi hadisənin ən mühüm tərkib hissəsidir.

Cavid