Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 23:51
30 Dekabr 2024 22:09
30 Dekabr 2024 18:06
30 Dekabr 2024 16:54
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir:
“Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi qəzası barədə xəbəri dərin hüznlə qarşıladım. Əminəm ki, bu dəhşətli hadisəyə səbəb olan bütün hallar hərtərəfli araşdırılacaq.
Bu kədərli məqamda yaxınlarını itirənlərə və bütün Azərbaycan xalqına Çex Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.