Qazaxıstan qara qutuları Brazilyaya göndərəcək Siyasət

Qazaxıstan qara qutuları Brazilyaya göndərəcək

Qazaxıstan qəzaya uğrayan AZAL təyyarəsinin qara qutularını Braziliya Hava Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.