İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
Gürcü xalqı və ölkənin yeni hakimiyyəti hər şeyi başa düşür və suveren siyasət qurur ki, Qərbin əlində piyadaya çevrilməsin, irəli getsin.
Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“ABŞ və Avropa Birliyi Tiflisi yalançı dilemma vəziyyətinə salmağa çalışır: bizimlə və ya bizə qarşı. Bu arada Gürcüstan hakimiyyəti, deyəsən, milli maraqlara cavab verən suveren siyasət qurmaq istəyir və Gürcüstanı sabitliyin pozulmasına, iqtisadi problemlərə, Rusiya ilə münasibətlərin kəskinləşməsinə sövq edən qərblilərin əlində oyuncaq olmaq istəmir. Mən şübhə etmirəm ki, gürcü xalqı hər şeyi başa düşür və irəli gedəcək”, - Lavrov qeyd edib.