İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
“Suriyaya səfərimiz zamanı dövlətçiliyin bərpası ilə bağlı kritik dönəmə qədəm qoyan buradakı bacı-qardaşlarımızla həmrəyliyini ifadə etdik”.
APA xəbər verir ki, bunu Suriyada səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “X” hesabında yazıb.
Nazir müavini adıçəkilən ölkənin müvəqqəti hökumətinə bu yolda uğurlar arzulayıb:
“Qonaqpərvərliyə görə əziz qardaşlarımıza təşəkkür edirəm. Dəməşqdə biz Azərbaycan Respublikasının dövlətçiliyin bərpası ilə bağlı kritik mərhələyə qədəm qoyan Suriyalı bacı-qardaşlarımızla həmrəy olduğunu etdik. Bu önəmli başlanğıcda sizə uğurlar arzulayırıq”.
Xatırladaq ki, səfər çərçivəsində Yalçın Rəfiyevlə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş olub.
Y. Rəfiyev Azərbaycanın yeni yaranmış vacib mərhələdə, eləcə də Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.
Nazir müavini, həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.