İlin ilk günündə Bakıdan Tehrana etiraz – Nə baş verir? Siyasət

İlin ilk günündə Bakıdan Tehrana etiraz – Nə baş verir?

İlin ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağrılması iki ölkə arasındakı münasibətlərin xarakterindən irəli gəlir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələrə görə İran diplomatına etiraz haqda qeyd edib.

“Beləliklə, İranın mühafizəkar və dini dairələri düşdükləri ağır regional vəziyyətə baxmayaraq, antiazərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. İran prezidenti və Xarici İşlər Nazirliyi qonşu Azərbaycanla normal tərəfdaşlıq münasibətləri istəyirlərsə, SEPAH generallarını və din xadimlərini açıqlamalarında diqqətli olmağa çağırmalıdırlar, bunu etməyəcəkləri halda iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru irəliləyiş olmayacaq”.